ABŞ-da 39 yaşlı şəxs 3 nəfəri güllələyib - FOTO

ABŞ-da 39 yaşlı şəxs 3 nəfəri güllələyib - FOTO Hüquq-mühafizə orqanları şübhəli şəxsi həbs edə biliblər
Digər ölkələr
19 Aprel , 2017 00:26
ABŞ-da 39 yaşlı şəxs 3 nəfəri güllələyib - FOTO

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

"Report"un məlumatına görə, bu barədə "ABC" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Fresno şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxsin açdığı atəş nəticəsində 3 nəfər ölüb.

Hadisə səbəbindən Fresno dairəsinin məhkəmə binası, habelə bir neçə yol bağlanıb. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsi həbs edə biliblər.

Hadisənin başvermə səbəbləri ilə bağlı hər hansı məlumat verilmir.

"Breaking News" isə 3 nəfərin həyatına son qoymuş şəxsin ötən həftə daha bir cinayət törətdiyini xəbər verib. Məlumata görə o, bir neçə gün əvvəl mühafizəçini güllələyib. 

"Reuters" isə atəş açan şəxsin 39 yaşlı Kori Əli Məhəmməd adlı şəxs olduğunu xəbər verib. Agentliyin polisə istinadən verdiyi məlumatda bildirilir ki, o, ötən bazar günündən yerli oteldə baş vermiş atışma ilə əlaqədar axtarışda imiş. 

Son xəbərlər

Orphus sistemi