ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı

ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı Yaralılardan birinin vəziyyəti ağırdır
Digər ölkələr
1 Dekabr , 2016 05:33
ABŞ-da naməlum şəxs ətrafdakı insanlara atəş açıb, 2 ölü, 4 yaralı

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ-da ağır cinayət hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" polisə istinadən xəbər verib.

Məlumata görə, hadisə yerli vaxtla saat 18:00-da, Baltimor şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polisin nümayəndəsi Ti Cey Smit bildirib ki, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs mağazanın qarşısındakı insanlara atəş açıb. Onun sözlərinə görə, həmin şəxslərdən biri hadisə yerindəcə ölüb. Digər yaralı isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi