​ABŞ-da mühərriki yanan təyyarə məcburi eniş edib

​ABŞ-da mühərriki yanan təyyarə məcburi eniş edib Hava gəmisinin göyərtəsində 75 nəfər olub
Digər ölkələr
29 Aprel , 2015 07:32
​ABŞ-da mühərriki yanan təyyarə məcburi eniş edib

Bakı. 29 aprel. REPORT.AZ/ Ötən gün Amerika səmasında mühərriklərindən birində yanğın baş verən sərnişin təyyarəsi Filadelfiya şəhərinin (Pensilvaniya ştatı) beynəlxalq hava limanına qəza enişi edib.

"Report" xəbər verir ki, insident nəticəsində zərər çəkən olmayıb.

Nyu-ark (Nyu-Cersi ştatı) istiqamətində hərəkət edən "United Airlines" şirkətinə məxsus laynerin göyərtəsində 75 nəfər olub. Onlar təyyarə eniş edən kimi təxliyə olunublar. Sərnişinlərdən biri ehtiyat tədbiri məqsədi ilə xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi