ABŞ-da mühərriki yanan sərnişin təyyarəsi təcili eniş edib - VİDEO

ABŞ-da mühərriki yanan sərnişin təyyarəsi təcili eniş edib - VİDEO Təyyarədə heyət üzvləri də daxil olmaqla 115 nəfər olub
Digər ölkələr
27 Fevral , 2018 04:45
ABŞ-da mühərriki yanan sərnişin təyyarəsi təcili eniş edib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Solt-Leyk-Sitidən (ABŞ) Los-Ancelesə uçan "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarə hava limanına geri qayıdaraq təcili eniş edib.

“Report” "ABC News" telekanalına istinadən xəbər verir ki, buna təyyarənin mühərrikinin alovlanması səbəb olub.

Təyyarədə heyət üzvləri də daxil olmaqla 115 nəfər olub. Sərnişinlər digər təyyarə ilə təyinat məntəqəsinə göndəriliblər.

Son xəbərlər

Orphus sistemi