Yuxarı
    Bağlamaq

    ABŞ-da müharibə veteranları boru kəmərinin tikintisinə etiraz edirlər

    Onlar Şimali Dakotaya gedərək polisin qarşısında divar yaratmaq niyyətindədirlər

    Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın 2000 nəfərdən çox müharibə veteranı Şimali Dakotada boru kəmərinin tikintisinə etiraz edənlərə dəstək verib.

    “Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə etiraz aksiyasının təşkilatçıları məlumat veriblər.

    Belə ki, müharibə veteranları Şimali Dakotaya gedərək polisin qarşısında divar yaratmaq niyyətindədirlər.

    Vyetnam müharibəsi veteranı, 69 yaşlı Qay Dall Nayf etirazlarda bir neçə aydır iştirak etdiyini bildirib: “Hesab edirəm ki, bu, mənim edə biləcəyim başqa şeylərdən daha vacibdir”.

    Morton bölgə polisindən bildirilib ki, veteranların planlarından xəbərdardılar, lakin hüquq-mühafizə orqanlarının nümayişçilərlə necə rəftar edəcəyi barədə danışmaq istəmirlər.

    Qeyd edək ki, fəallar neçə aydır gölün dibindən, “Standing Rock Sioux” (Stendinq Rok Siu) rezervasiyasının yaxınlığında 3,8 mlrd. dollarlıq “Dakota Access” boru kəmərinin tikintisinə etiraz edir və layihənin su ehtiyatlarına, eləcə də yerli amerikalıların müqəddəs hesab etdikləri yerlərə təhlükə törətdiyini bildirirlər. “Energy Transfer Partners LP” şirkəti tərəfindən həyata keçirilən 1885 km uzunluğundakı kəmərin yalnız Missuri çayında yaradılmış su anbarı olan Oahe gölünün dibindən çəkilməsi planlaşdırılan qismi istisna olmaqla böyük hissəsi tamamlanıb. Əraziyə nəzarət edən ABŞ Quru Qoşunları dekabrın 5-ni etirazçılara paytaxt Bismarkdan 72 km cənubda yerləşən ərazini boşaltmaq üçün son gün kimi müəyyənləşdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi