ABŞ-da “Moderna”nın ampulada vaksin dozalarını artırmaq təklifi təsdiqlənib

ABŞ-da “Moderna”nın ampulada vaksin dozalarını artırmaq təklifi təsdiqlənib Söhbət 10 doza əvəzinə, 14 dozanın tətbiq edilməsindən gedir
Digər ölkələr
13 Fevral , 2021 10:33
ABŞ-da “Moderna”nın ampulada vaksin dozalarını artırmaq təklifi təsdiqlənib

ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət edən Qida və Dərman İdarəsi (FDA) “Moderna” şirkətinə bir ampulada koronavirusa qarşı peyvənd dozasını 40 % artırmağa icazə verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət 10 doza əvəzinə 14 dozanın tətbiq edilməsindən gedir. Qeyd olunur ki, ilkin təsdiqlənməyə baxmayaraq, səlahiyyətlilər şirkətdən bu cür dəyişikliyin preparatın keyfiyyətinin pisləşməsinə səbəb olmayacağını təsdiqləyən daha çox məlumat almaq istəyir.

Yeniliyin tətbiqi 10 həftədən az çəkə bilər. Ampulalar əvvəlki həcmdə qalacaq, dozaların artımı isə vaksinin qoyulduğu maye miqdarının azaldılması ilə əldə ediləcək. Nəşr yazır ki, bu dəyişiklik preparatın ampullara doldurulması və sonradan möhürlənərək etiketləndiyi istehsalın son mərhələsinə çəkilən vaxtı azaldacaq.

Xatırladaq ki, FDA ötən ilin dekabr ayında ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyadan olan tərəfdaşı “BioNTech” tərəfindən hazırlanmış koronavirusa qarşı peyvəndi təsdiqləyıb. Ardından “Moderna”nın istehsal etdiyi preparat da sertifikatlaşdırılıb. Bu peyvəndlər artıq əhalini immunizasiya etmək üçün istifadə olunur.

Son xəbərlər

Orphus sistemi