ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb

ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb ABŞ-ın Texas ştatının San Antonio şəhərində miqrantların olduğu yük maşınında 42 nəfərin meyiti aşkarlanıb.
Digər ölkələr
28 İyun , 2022 08:22
ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.

Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi