Yuxarı

​ABŞ-da minlərlə insan polis zorakılığına qarşı etiraz aksiyası keçirir

Aksiyalarda ciddi iğtişaş halları barədə məlumat verilmir

Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ-ın bir neçə şəhərində minlərlə insan hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən afroamerikalılara qarşı qəddarlığa etiraz olaraq növbəti dəfə küçələrə çıxıb. "Report" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Atlantada (Corciya ştatı) nümayişçilər artıq beşinci gündür axşamlar şəhərin mərkəzi hissəsində bir neçə avtomobil yolunu bağlayırlar. Onlar Corciya ştatının qubernatoru Nila Natanın evinin qarşısında keçirdikləri etiraz aksiyasında asayiş keşikçilərinə afroamerikalıların qətllərinə son qoymağa tələb edirlər.

Çikaqoda (İllinoys ştatı) yüzlərlə etirazçı tez-tez polis əməkdaşlarının əsassız zorakılıqlarına qarşı yürüş keçirirlər. Aksiya iştirakçılarının çoxu öz ağızlarına yapışqan yapışdırırlar. Onların sözlərinə görə bu, qanun keşikçilərinin qəddar hərəkətləri ilə afroamerikan ictimaiyyətinin nümayəndələrinin susdurulmasını simvolizə edir.

"Associated Press" agentliyinin məlumatına görə, qara dərili hüquqları uğrunda mübarizə aparan "Black Lives Matter" hərəkatının üzvləri Memfisdə (Tennessi ştatında) Missisipi çayı üzərindəki körpünü müvəqqəti bağlaya biliblər. Bildirilir ki, polis sonradan nümayişçilərin sıxışdıra bilib. 

Etiraz aksiyaları həmçinin Kolorado, Kentukki, Luiziana ştatlarının müxtəlif şəhərlərində də keçirilir. Aksiyalarda ciddi iğtişaş halları barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi