ABŞ-da meşə yanğınları onlarla insanın həyatına son qoyub

ABŞ-da meşə yanğınları onlarla insanın həyatına son qoyub ABŞ-ın qərbində bir həftədir davam edən meşə yanğınları nəticəsində azı 28 nəfər həlak olub.
Digər ölkələr
600
13 Sentyabr , 2020 02:28
ABŞ-da meşə yanğınları onlarla insanın həyatına son qoyub

ABŞ-ın qərbində bir həftədir davam edən meşə yanğınları nəticəsində azı 28 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat yayıb.

Qeyd edilir ki, ölənlərin əksəriyyəti Kaliforniyanın payına düşür. Burada təbii hadisə 19 nəfərin həyatına son qoyub. Onların çoxu son günlər ölüblər.

ABŞ-ın qərb ştatlarında ümumilikdə 100-dən çox yanğın mövcuddur. Onlardan bəziləri öz sahəsinə görə rekord göstəricilərə nail olub. Ən ağır vəziyyət Kaliforniyada, həmçinin Oreqon və Vaşinqtondadır. Yanğınların ümumi ərazisi 1,9 milyondan çox hektar təşkil edir.

Son xəbərlər

Orphus sistemi