Yuxarı
    Bağlamaq

    ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

    Qəza yola qəfil maralın çıxması nəticəsində baş verib© depositphotos.com

    Bakı. 26 aprel. REPORT.AZ/ Amerikanın Kentukki ştatının cənub-şərqində məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, sürücü qəfil yola çıxan maralı vurmamaq üçün sükanı döndərib və ağaca çırpılıb.

    Qəza nəticəsində 14 məktəbli və sürücü yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi