ABŞ-da məktəbə silahlı hücum hazırlayan şagird tutulub

ABŞ-da məktəbə silahlı hücum hazırlayan şagird tutulub Bakı. 9 yanvar. REPORT.AZ/ Amerikanın Napa şəhər polisi evində məktəbə silahlı hücum hazırlıqlarına dair sübut aşkar olunan 14 yaşlı məktəblini saxlayıb.
Digər ölkələr
9 Yanvar , 2019 02:45
ABŞ-da məktəbə silahlı hücum hazırlayan şagird tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Amerikanın Napa şəhər polisi evində məktəbə silahlı hücum hazırlıqlarına dair sübut aşkar olunan 14 yaşlı məktəblini saxlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə idarənin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Dekabrın 31-i məktəbdə təhsil alan şagirdlərdən biri şübhəli şəxs tərəfindən ünvanına yönələn təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şagird həmçinin bildirib ki, həmin şəxs ona məktəbdə silahlı insident törətmək planları barədə danışıb.

"Zərərçəkmiş şagirdə bu barədə polisə və onun valideynlərinə söyləmək fikrində olduğunu deyəndə, həmin şəxs onu öldürəcəyi ilə hədələyib", - deyə məlumatda bildirilir.

Polis yanvarın 2-də şübhəli şəxsin yaşadığı iki yerdə axtarış aparıb və hər ikisində izdihamlı yerlərdə silahlı hücumun planlaşdırılması və öyrənilməsinə dair dəlillər tapıb.

Son xəbərlər

Orphus sistemi