ABŞ-da gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb - YENİLƏNİB ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma hadisəsi baş verib, çoxlu sayda insan tələfatı var.
Digər ölkələr
27 Mart , 2023 21:50
ABŞ-da gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.

Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.

Qeyd edilir ki, həlak olanlardan 3-ü şagird, 3-ü isə məktəbin əməkdaşıdır.

Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.

Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.

20:50

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma baş verib, ölənlər var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğın təhlükəsizliyi departamenti məlumat yayıb.

“Barton Hills bulvarındakı məktəbdə hələ zərərsizləşdirilməyən cinayətkarla bağlı tədbirlər görürük. Çoxlu sayda qurbanın olduğunu təsdiqləyə bilərik”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi