ABŞ-da atışma zamanı məktəbli öldürülüb

ABŞ-da atışma zamanı məktəbli öldürülüb ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərində yerləşən məktəblərin birində atışma baş verib.
Digər ölkələr
2 Sentyabr , 2021 03:26
ABŞ-da atışma zamanı məktəbli öldürülüb

ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərində məktəbdə baş vermiş atışma zamanı bir şagird həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsi tvitterdə bildirib.

“Rəis (polis) Katrina Tompson “Mount-Tabor” liseyində atışma zamanı bir şagirdin ölümünü təsdiqləyir”, - açıqlamada bildirilir.

Daha əvvəl bildirilirdi ki, Uinson-Salemdə məktəbdə atışma olub. Silahlı insident nəticəsində 1 şagird həlak olub. Digər şagirdlər təhlükəsiz şəraitdədir.

Hadisəni törədən şəxsin kimliyi açıqlanmır.

01.09.2021. 21:46

ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərində yerləşən məktəblərin birində atışma baş verib.

"Report" "Metro" nəşrinə istinadən xəbər verir ki, "Mount Tabor" liseyində baş verən hadisə nəticəsində azı bir yeniyetmə yaralanıb.

Hazırda məktəbin yerləşdiyi ərazi və yol polis tərəfindən mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi