ABŞ-da məktəbdə atışma olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

ABŞ-da məktəbdə atışma olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB ABŞ-ın Kaliforniya ştatındakı orta məktəblərdən birində baş verən atışmada 2 nəfər həlak olub.
Digər ölkələr
15 Noyabr , 2019 02:50
ABŞ-da məktəbdə atışma olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatındakı orta məktəblərdən birində baş verən atışmada 2 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Los-Anceles polisinin şerifi Aleks Villanuev bildirib.

O, qeyd edib ki, atışma zamanı ağır xəsarət almış 14 yaşlı yeniyetmə məktəbdə dünyasını dəyişib. Atəşi 16 yaşlı məktəblinin açdığı güman edilir. Həmin şəxs də xəstəxanadadır. Hadisə zamanı daha 3 məktəbli də xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

"Bizə 14 yaşlı yeniyetmənin xəstəxanada vəfat etdiyi məlumdur. Bununla da ölənlərin sayı 2 nəfərə çatıb", - deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

Los-Anceles dairəsi polisinin nümayəndəsi isə bildirib ki, 1415 yaşlı iki qız, habelə 14 yaşlı iki yeniyetmə oğlan müxtəlif dəcərəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Los-Ancelesdən 65 kilometr şimalda yerləşən "Saugus High School"da baş verib. 


***21:41

ABŞ-ın Santa-Klarita şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.

Məlumata əsasən, hadisə zamanı 5 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs hələlik saxlanılmayıb. Hakimiyyət orqanları yaxınlıqdakı məktəbləri bağlamaq barədə göstəriş verib və vətəndaşları küçəyə çıxmamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi