Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ-da məktəbdə atışma olub.
"Report"un məlumatına görə, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə İllinoys ştatında, Mettun şəhərində baş verib. İnsident zamanı 1 nəfər xəsarət alıb.
Şagirdlər yaxınlıqdakı ibtidai təhsil müəssisəsinə təxliyyə ediliblər. Yaralının vəziyyəti barədə məlumat verilmir.
Polis faktla bağlı 1 nəfəri saxlayıb.