Yuxarı
    Bağlamaq

    ABŞ-da məktəb binası qarşısında iki nəfər güllələnib

    İnsident Nyu-Orlean şəhərində baş verib

    Bakı. 1 fevral. REPORT.AZ/ Ötən gecə ABŞ-ın Nyu-Orlean şəhərindəki (Luiziana ştatı) məktəblərdən birinin qarşısında iki nəfər güllələnib.

    "Report" xəbər verir ki, bu barədə şəhər polisi öz "Twitter" mikrobloqunda məlumat yayıb.

    Məlumata görə, üzərində çoxsaylı odlu silah yaraları olan gənc qaradərili kişi tədris müssisəsi binasının qarşısındakı otluqda, digər odlu silah yarası alan şəxs isə əraziyə yaxın olan maşının içində aşkar olunub.

    İlin əvvəlindən Nyu-Orleanda 22 qətl hadisəsi baş verib. Onların əksəriyyətində odlu silahdan istifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi