ABŞ-ın Meksika ilə sərhəddə divar çəkməsi üçün Pentaqonun büdcəsindən pul xərclənəcək

ABŞ-ın Meksika ilə sərhəddə divar çəkməsi üçün Pentaqonun büdcəsindən pul xərclənəcək ABŞ Federal Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Meksika ilə sərhəddə divar çəkmək üçün Pentaqonun büdcəsindən istifadə planını əngəlləyən aşağı instansiya məhkəmənin qərarını ləğv edib.
Digər ölkələr
9 yanvar 2020 08:46
ABŞ-ın Meksika ilə sərhəddə divar çəkməsi üçün Pentaqonun büdcəsindən pul xərclənəcək

ABŞ Federal Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Meksika ilə sərhəddə divar çəkmək üçün Pentaqonun büdcəsindən istifadə planını əngəlləyən aşağı instansiya məhkəmənin qərarını ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Yeni Orlean Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiaçıların işi məhkəməyə göndərmək üçün kifayət qədər əsasları olmayıb. Qəzet yazır ki, yeni qərar yekun olmasa da, hazırda prezident administrasiyasının hərbi büdcənin bir hissəsindən istifadə etməsinə yaşıl işıq yandırılıb.

D.Tramp 500-550 millik divarın 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər çəkiləcəyini söyləyib. Tramp administrasiyası Meksika ilə sərhəddə yeni sədlərin qurulması üçün vəsaitin bir hissəsini büdcənin digər qollarından alacağını söyləyib. ABŞ prezidenti sərhəddə fövqəladə vəziyyət elan edib ki, bu da Konqres tərəfindən ayrılmış vəsaitləri başqa məqsədlər üçün istifadə etməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi