ABŞ-da məhkəmə Trampın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib

ABŞ-da məhkəmə Trampın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-in Siettl məhkəməsi prezident Donald Trampın ölkəyə bir sıra dövlətlərdən qaçqınların girişini qadağan edən fərmanını qismən ləğv edib.
Digər ölkələr
24 Dekabr , 2017 12:05
ABŞ-da məhkəmə Trampın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-in Siettl məhkəməsi prezident Donald Trampın ölkəyə bir sıra dövlətlərdən qaçqınların girişini qadağan edən fərmanını qismən ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hakim Ceyms Robartın qərarında bildirilir ki, ABŞ-da olan şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər.

Prosesdə Vətəndaş Azadlıqlarının Amerika İttifaqı və Yəhudi Ailələrinə Xidmət iddiaçı qismində çıxış edib.

Dekabrın əvvəllərində məhkəmə Trampın altı ölkə vətəndaşları barəsində miqrasiya fərmanının tətbiqinə icazə verib.

Son xəbərlər

Orphus sistemi