ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib

ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib Cozef Brazziz tapançasını çıxararaq cinayətkara atəş açıb
Digər ölkələr
22 Avqust , 2017 06:17
ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında məhkəmə hakimi özünü müdafiə etməkdən ötrü silahdan istifadə edib və ona hücum etmiş cinayətkarı güllələyib.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Styubenvill şəhərində, məhkəmə binasının yanında baş verib. Cozef Brazziz işə gələrkən məhkəmə binasının yanında onu gözləyən cinayətkar hakimə atəş açıb. Lakin Brazziz özünü itirməyib. O, tapançasını çıxararaq cavab atəşi açıb. Nəticədə cinayətkar öldürülüb. Bundan əlavə, hakimin köməyinə polis də gəlib.

Nəticədə cinayətkar öldürülüb, xəsarət almış Brazziz isə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi