ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb

ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb Hər iki strategiya nəzərdən keçirilir
Digər ölkələr
18 Noyabr , 2017 07:49
ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Ağ Ev Koreya Xalq Demokratik Respublikasının (KXDR) Amerika ərazisinə mümkün raket hücumu əleyhinə iki eksperimental strategiya hazırlayıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" yazıb.

Məlumata görə, birinci strategiya KXDR-in ballistik raketlərinin işə salınması sistemlərinə kiber hücümün təşkilini və raket sisteminin işə salınmasının qarşısını almağa imkan verəcək başqa üsullarını nəzərdə tutur.

İkinci strategiya bilavasitə raketləri onlar "sürətlənmə mərhələsini" keçdikdə vurub salmağı təklif edir. Qəzet qeyd edir ki, ballistik raketlər işə salındıqdan dərhal sonra daha gözə çarpan və yüngül hədəf olacaqlar.

Amerika prezidentinin administrasiyası KXDR-in raketlərini vurub salmaq üçün qırıcılardan və pilotsuz təyyarələrdən istifadə etməyi təklif edir.

Son xəbərlər

Orphus sistemi