ABŞ-da kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb

ABŞ-da kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.
Digər ölkələr
3 Sentyabr , 2019 00:53
ABŞ-da kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb", - deyə ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mayk Pens bildirib.

O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

Sentyabrın 1-də bildirilirdi ki, Texasda naməlum şəxs Midlend Odessa şəhərləri arasındakı magistral yolda onun avtomobilini saxlamış polis əməkdaşına atəş açıb. Cinayətkar sonra Odessanın küçələrində dinc vətəndaşları güllələməyə davam edib.

Polis zabitləri ilə atışma zamanı cinayətkar zərərsizləşdirilib. Hücum nəticəsində 5 nəfər həlak olub, daha 21 xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi