ABŞ-da koronavirusun radiasiya ilə müalicəsinə başlanılıb

ABŞ-da koronavirusun radiasiya ilə müalicəsinə başlanılıb ABŞ-da alimlər koronavirus xəstələrini müalicə etmək üçün aşağı dozada radiasiyadan istifadə edərək təcrübələr aparırlar.
Digər ölkələr
18 Yanvar , 2021 12:05
ABŞ-da koronavirusun radiasiya ilə müalicəsinə başlanılıb

ABŞ-da alimlər koronavirus xəstələrini müalicə etmək üçün aşağı dozada radiasiyadan istifadə edərək təcrübələr aparırlar.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Nuclear News” jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, mütəxəssislər 10-15 dəqiqə ərzində koronavirusun səbəb olduğu ağır pnevmaniyadan əziyyət çəkən müxtəlif cins və yaşda olan on xəstənin ağ ciyərlərinə şüa verib.

“Nəticədə doqquz xəstənin durumu 24 saat ərzində sürətlə yaxşılaşıb və üç gün ərzində xəstəxanadan evə buraxılıb. Bu isə belə müalicə almayanlardan dörd qat daha sürətlidir”, - məqalədə deyilir.

Qan analizlərinin və ağ ciyər rentgeninin cavablarının kiçik dozada radiasiyanın təhlükəsizliyini və effektivliyini sübut etdiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi