Son sutkada ABŞ-da COVID-19-dan 882 nəfər ölüb.
“Report”un məlumatına görə, bununla ABŞ-da koronavirusdan ölənlərin sayı 186 783 nəfərə çatıb.
Bildirilib ki, son sutka da ölkədə koronavirusa 39 363 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 6 135 598-ə çatıb.
Xəstəlikdən sağalanların sayı isə 3 400 494 nəfərdir.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.