ABŞ-da koronavirusla bağlı qanun qəbul edildi

ABŞ-da koronavirusla bağlı qanun qəbul edildi ABŞ Konqresinin Nümayəndələr Palatası martın 11-də COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı tədbirləri dəstəkləyən qanun layihəsini 40 səsə qarşı 363 səslə qəbul edib.
Digər ölkələr
593
14 Mart , 2020 10:57
ABŞ-da koronavirusla bağlı qanun qəbul edildi

ABŞ Konqresinin Nümayəndələr Palatası martın 11-də COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı tədbirləri dəstəkləyən qanun layihəsini 40 səsə qarşı 363 səslə qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə virusdan və onunla bağlı iqtisadi fəsadlardan zərər çəkən ailələri dəstəkləməyə yönələn müxtəlif təminatlar və səhiyyə sisteminin səmərəliliyini artırmaq tədbirləri nəzərdə tutulur. 

Tədbirlər arasında həssas təbəqələr üçün tibbi xidmətləri əhatə edən “Medicaid” proqramına, həmçinin koronavirusla bağlı testlərin hətta sığorta vəsiqəsi olmadan pulsuz yerinə yetirilməsini təmin etmək, səhhətlə bağlı ödənişli məzuniyyətə ayrılan vəsaiti artırmaq da var. Gələn həftə bu layihənin Senatda da dəstəklənəcəyi gözlənilir.

Prezident Donald Tramp ötən gün bu layihəni dəstəkləyərək Konqres üzvlərini də sənədin lehinə səs verməyə çağırıb.

Son məlumata görə, ölkədə koronavirusa fəal yoluxanlar 2 238, ölənlər 50 nəfərdir. Ötən gün ölkədə fövqəladə vəziyyət tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi