ABŞ-da koronavirusa yoluxanların sayı 200 000-i, ölənlərin sayı 4 500-ü ötdü - YENILƏNIB - 2

ABŞ-da koronavirusa yoluxanların sayı 200 000-i, ölənlərin sayı 4 500-ü ötdü - YENILƏNIB - 2 ABŞ-da koronavirus 205 035 nəfərdə koronavirus qeydə alınıb.
Digər ölkələr
1625
1 Aprel , 2020 20:16
ABŞ-da koronavirusa yoluxanların sayı 200 000-i, ölənlərin sayı 4 500-ü ötdü - YENILƏNIB - 2
0 : 00
0 : 00

ABŞ-da koronavirus 205 035 nəfərdə koronavirus qeydə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı isə 4 516-ya çatıb


*** 18:13

ABŞ-da son sutkada 920 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, bununla da ABŞ-da pandemiyadan ölənlərin sayı 4 090-a çatıb.


*** 10:12

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4 000-i keçib.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 4 079 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı isə 190 000-ə yaxınlaşıb.

ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-dür.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 859 400-ü ötüb. Bunların 178 322 nəfəri sağalıb, 42 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi