ABŞ-da koronavirusdan ölənlərin sayı 100-ü ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 100-ü ötdü ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb.
Digər ölkələr
18 Mart , 2020 04:05
ABŞ-da koronavirusdan ölənlərin sayı 100-ü ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu rəqəm Cons Hopkins universitetinin məlumatlarında yer alıb. 

Universitetin federal hakimiyyətdən və ştatların rəsmi nümayəndələrindən aldığı məlumatlara əsasən ölkədə 6 233 yoluxma halı qeydə alınıb. ABŞ-da virusa yoluxmuş 17 nəfər sağalıb.

CNN telekanalı da həmçinin bildirib ki, yoluxma halları artıq bütün 50 ştatda və Kolumbiya federal dairəsində aşkarlanıb. Daha əvvəl Qərbi Virciniya heç bir yoluxmanın aşkarlanmadığı yeganə ştat idi. Telekanal qeyd edib ki, indi koronavirusa yoluxma halları bu ştatda da qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi