ABŞ-da koronavirusa yoluxanların sayı çoxalır

ABŞ-da koronavirusa yoluxanların sayı çoxalır ABŞ-da koronavirusa yoluxanların sayı 30 nəfəri ötüb.
Digər ölkələr
311
22 Fevral , 2020 02:42
ABŞ-da koronavirusa yoluxanların sayı çoxalır

ABŞ-da koronavirusa yoluxanların sayı 30 nəfəri ötüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və onların qarşısının alınması Mərkəzi (CDC) bildirib.

Mərkəzin son məlumatına görə, xəstəlik 34 nəfərdə qeydə alınıb. Onlardan 11-i daha əvvəl xaricdən qayıdıblar. Koronavirus iki nəfərə ölkə ərazisində digər xəstələrdən keçib. Bundan başqa, virusa yoluxmuş 21 nəfər vətənə Dövlət Departamentinin reysləri ilə çatdırılıb: 3 nəfər Uhandan, 18 nəfər Yaponiyanın “Diamond Princess” gəmisindən gətirilib.

Daha əvvəl virusa 26 nəfərin yoluxduğu bildirilirdi. Onlardan biri Uhandan təxliyə edilmiş ABŞ vətəndaşıdır. Virusa daha 11 yoluxma hadisəsi “Diamond Princess” gəmisinin sərnişinlərində aşkarlanıb. Onlar ABŞ-ın Nebraska Universitetinin tibb mərkəzindədir.

Son xəbərlər

Orphus sistemi