ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu ötdü ABŞ-ın Cons Hopkins Universiteti ölkədə koronavirusa yoluxma hallarının sayının 5 milyonu ötdüyünü açıqlayıb.
Digər ölkələr
9 Avqust , 2020 19:16
ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

ABŞ-ın Cons Hopkins Universiteti ölkədə koronavirusa yoluxma hallarının sayının 5 milyonu ötdüyünü açıqlayıb.

Bu barədə “Report” universitetin saytına istinadən xəbər verir.

Məlumata görə, Birləşmiş Ştatlarda COVID-19-a yoluxma hallarının sayı 5 000 603-ə çatıb.  

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan 162 441 insan ölüb. Məlumata görə, koronavirusa yoluxan 1 643 118 pasiyent sağalıb.

Xatırladaq ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlar habelə pandemiya qurbanlarının sayına görə də digər ölkələri qabaqlayıb.

  

Son xəbərlər

Orphus sistemi