ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyonu ötdü ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 005414 nəfər çatıb.
Digər ölkələr
24 İyul , 2020 04:20
ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 005 414 nəfər çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatında deyilir.

Qeyd olunub ki, pandemiya dövründə 143 820 pasiyent ölüb, 1 210 849 yoluxmuş şəxs sağalıb.

Ən çox yoluxma Kaliforniya ştatında (421 857), Nyu-York ştatında (409 697), Florida (389 868) və Texas (363 615) ştatında qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi