ABŞ-da koronavirusa yoluxanların sayı 3,2 milyonu ötdü  

ABŞ-da koronavirusa yoluxanların sayı 3,2 milyonu ötdü   ABŞ-da ötən sutka koronavirusa yoluxma hallarının sayı 71 mini ötüb.
Digər ölkələr
405
12 İyul , 2020 04:05
ABŞ-da koronavirusa yoluxanların sayı 3,2 milyonu ötdü  

ABŞ-da ötən sutka koronavirusa yoluxma hallarının sayı 71 mini ötüb.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinə istinadən bildirib.

Məlumata əsasən, Birləşmiş Ştatlarda ötən gün ərzində infeksiyaya yeni 71 389 yoluxma aşkar edilib. Beləliklə, ötən günlə müqayisədə yoluxanların sayının artımı 2,3% təşkil edib.

Pandemiyanın başlanğıcından dünyada 12,5 milyondan çox insan koronavirusa yoluxub, təxminən 560 min nəfər ölüb.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ koronavirusa yoluxma hallarının sayına (3,22 milyon insandan çox) dünyada liderdir. Birləşmiş Ştatlar həm də 134 mindən çox insanın ölümü ilə pandemiya qurbanlarının sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.