ABŞ-da koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb ABŞ-ın Kaliforniya ştatının San-Benito dairəsində koronavirusa 2 yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
3 Fevral , 2020 07:17
ABŞ-da koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatının San-Benito dairəsində koronavirusa 2 yoluxma hadisəsi qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə dairənin Səhiyyə Nаzirliyinin açıqlamasında bildirilir.

Qeyd edilir ki, virus insana insandan ötürülüb.

ABC7 telekanalının məlumatına görə, bununla da ABŞ-da virusa yoluxanların ümumi sayı on bir nəfərə çatıb. Bundan əvvəl ölkədə virusa doqquz yoluxma hadisəsi haqqında bildirilirdi. Son təsdiq edilmiş hadisə Santa Klara dairəsində (Kaliforniya) qeydə alınıb. 

"Yeni koronavirusa (2019-n-CoV) yoluxmanın iki hadisəsi San-Benito dairəsində təsdiq edilib. Təsdiq edilmiş hadisələr bir-biri ilə bağlıdır, onlar ər-arvaddır. Hər ikisinin 57 yaşı var. Ər yaxın vaxtlarda Uhandan gəlib, amma arvad yox. Beləliklə, insandan insana ötürülmə oldu (virus – red)", - Səhiyyə Nаzirliyinin xəbərində deyilir.

Həmçinin qeyd edilir ki, hər iki şəxs xəstəxanaya yerləşdirilməyib. Dairənin ictimai səhiyyə xidməti onların evinin təcrid edilməsi haqqında göstəriş verib və xəstələrin sağlamlıq vəziyyətini diqqətlə müşahidə edir.

Son xəbərlər

Orphus sistemi