ABŞ-da son sutka ərzində 34 037 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da ümumi halların sayı 1 104 161 olub.
“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları sübut edir.
Ən çox ölüm hadisəsi Nyu-York ştatında qeydə alınıb - 18 399.
Ümumilikdə ölkədə COVID-19-dan 65 068 nəfər ölüb. 164 015 xəstə sağalıb.
ABŞ-da koronavirusla bağlı topla 6 551 810 test aparılıb.
Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.