ABŞ-da koronavirusa gündəlik yoluxanların sayında azalma var

ABŞ-da koronavirusa gündəlik yoluxanların sayında azalma var ABŞ-da ötən gündən etibarən koronavirusa 20 007 nəfər yoluxub, 605 nəfər ölüb.
Digər ölkələr
1 İyun , 2020 16:51
ABŞ-da koronavirusa gündəlik yoluxanların sayında azalma var

ABŞ-da ötən gündən etibarən koronavirusa 20 007 nəfər yoluxub, 605 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti (UJH) açıqlama yayıb.

Qeyd edilir ki, bir gün əvvəl ölkədə infeksiyaya 24 146 nəfər yoluxmuş və 967 nəfər ölmüşdü.

Məlumata görə, bütövlükdə indiyədək ABŞ-da COVID-19 virusuna yoluxanlar 1 790 191 nəfər, ölənlər 104 383 nəfər, sağalanlar isə 444 mindən artıqdır.

Son xəbərlər

Orphus sistemi