ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb

ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb ABŞ-da ötən şənbə günü xəstəxanalarda cəmi 48 870 nəfər koronavirus xəstəsi müalicə olunub ki, bu da ötən il noyabr ayının əvvəlindən bu yana ən aşağı rəqəmdir
Digər ölkələr
1 Mart , 2021 13:33
ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb

ABŞ-da ötən şənbə günü xəstəxanalarda cəmi 48 870 nəfər koronavirus xəstəsi müalicə olunub ki, bu da ötən il noyabr ayının əvvəlindən bu yana ən aşağı rəqəmdir.

“Report” “NYP”yə istinadən xəbər verir ki, bu barədə “The COVID Tracking Project” adlı koronavirusun fəsadlarını izləyən könüllü təşkilat bildirib.

Həmin göstəricinin yanvarın 6-da 132 474 nəfərlik ən yüksək həddə çatandan sonra davamlı azaldığı da qeyd olunub.

Baltimordakı Cons Hopkins Universitetinin məlumatına görə, indiyədək ABŞ-da COVID-19 virusuna 28 605 min nəfər yoluxub ki, bunların 513 091 nəfəri ölüb. Hər iki göstəriciyə görə ölkə birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi