ABŞ-da koronavirus qurbanlarının sayı 816 min nəfəri ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 816 min nəfəri ötüb ABŞ-da koronavirusdan ölənlərin sayı 816 000 nəfəri ötüb.
Digər ölkələr
27 dekabr 2021 01:52
ABŞ-da koronavirus qurbanlarının sayı 816 min nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 816 000 nəfəri ötüb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, virusa yoluxanların sayı 52 milyon 98 min 940 nəfərə çatıb.

Son 24 saatda ölkədə koronavirusdan daha 99 ölüm qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 816 min 535 nəfərə çatıb.

Kaliforniya 5 milyon 289 mindən çox yoluxma ilə birinci yeri tutur. Texasda COVID-19-a 4 milyon 477 min yoluxma qeydə alınıb. Siyahıda üçüncü yerdə 3 milyon 907 mindən çox yoluxma ilə Florida qərarlaşıb.

Qeyd edilir ki, Kaliforniya həmçinin ölüm sayına (76 126) görə birinci yerdədir. Bu rəqəm Texasda 75 322, Floridada isə 62 347-yə yüksəlib.

ABŞ-da COVID-19 peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatlarına görə, 5 və daha yuxarı yaşda olan əhalinin 77,4 faizi azı bir dozasını, əhalinin 65,6 faizi isə ikinci peyvənd dozasın qəbul edib.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi