ABŞ-da koronavirus qurbanlarının sayı 350 mini ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 350 mini ötdü ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda 350 min 186 insan COVID-19-dan ölüb.
Digər ölkələr
3 Yanvar , 2021 09:55
ABŞ-da koronavirus qurbanlarının sayı 350 mini ötdü

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda 350 min 186 nəfər COVID-19-dan ölüb.

“Report” universitetin saytına istinadən xəbər verir ki, ölkədə virusa 20 427 780 yoluxma aşkarlanıb. Məlumata görə, koronavirusa yoluxmuş 12 milyondan çox insan sağalıb.

ABŞ-da son gündə 160 606 nəfər koronavirusa yoluxub. Son 24 saatda Birləşmiş Ştatarda 2 051 koronavirus xəstəsi ölüb.

Xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzlər bildirib ki, ABŞ-da ötən həftənin bazar günü vaksinin 13 milyon 71 min 925 dozası müvafiq tibbi məntəqələrə göndərilib.

ABŞ-da “Moderna” və “Pfizer”/”BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə edilir.

Son xəbərlər

Orphus sistemi