ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötdü ABŞ-da koronavirus qurbanlarının sayı 1 711 nəfərdir.
Digər ölkələr
28 Mart , 2020 18:29
ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 1 711 nəfərdir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 104,8 mindir.

Nyu-York şəhəri ölüm hallarının sayına görə liderdir. Burada 450 nəfər koronavirusun qurbanı olub. İkinci yerdə 125 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.

ABŞ-da COVID-19 infeksiyasından sağalanların sayı 894 nəfərdir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub.

ÜST martın 11-də COVID-19-u pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi