ABŞ-da klubda atışma olub, ölən və yaralananlar var

ABŞ-da klubda atışma olub, ölən və yaralananlar var ABŞ-ın Kanzas ştatındakı gecə klublarından birində atışma nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.
Digər ölkələr
7 Sentyabr , 2021 15:40
ABŞ-da klubda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Kanzas ştatındakı gecə klublarından birində atışma nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

Bildirilib ki, hadisə ştatın Uiçito şəhərində baş verib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, 30 yaşlı kişi pis davranışa görə klubdan çıxarılıb. O, klubun binasını atəşə tutaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları şübhəlinin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi