Kapitoli binasında atışmada öldürülən qadının kimliyi məlum oldu

Kapitoli binasında atışmada öldürülən qadının kimliyi məlum oldu Kapitolidə atışma zamanı ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı öldürülüb.
Digər ölkələr
7 Yanvar , 2021 07:03
Kapitoli binasında atışmada öldürülən qadının kimliyi məlum oldu

Kapitoli binasında atışma zamanı öldürülən qadın ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı imiş.

Bu barədə "Report" "Fox News" telekanalına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu, Eşli Bebbitdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində yaşayıb. Eşli Debbit prezident Donald Trampın qatı tərəfdarı olub. O, 14 il ABŞ-ın Hərbi Hava Qüvvələrində xidmət edib, 4 dəfə ölkə sərhədindən xaricə xidmətə göndərilib.

Bebbitin qarışıqlıqlar zamanı Kapitoliyə necə gəldyi məlum deyil.

Daha əvvəl bildirilirdi ki, Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb. Atışma zamanı sinəsindən ağır xəsarət alan yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Eşli Bebbit
Eşli Bebbit

Son xəbərlər

Orphus sistemi