ABŞ-da “Moderna” şirkətinin istehsal etdiyi peyvənddən istifadə olunacaq

ABŞ-da “Moderna” şirkətinin istehsal etdiyi peyvənddən istifadə olunacaq “Moderna” əczaçılıq şirkətinin istehsal etdiyi peyvənd ABŞ-da koronavirusa qarşı istifadə edilməsi üçün qəbul edilib.
Digər ölkələr
607
18 Dekabr , 2020 19:48
ABŞ-da “Moderna” şirkətinin istehsal etdiyi peyvənddən istifadə olunacaq

“Moderna” əczaçılıq şirkətinin istehsal etdiyi peyvənd ABŞ-da koronavirusa qarşı istifadə edilməsi üçün qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə prezident Donald Tramp tvitter səhifəsindən bildirib.

Dərmanın tezliklə tədarükünə başlanacağını qeyd edən dövlət başçısı eyni zamanda koronavirusdan daha çox əziyyət çəkən Almaniya, Fransa, İtaliya və İspaniyaya artıq göndərildiyini vurğulayıb.

Bundan əvvəl ekspertlər komitəsi Ərzaq və Dərmanlar Administrasiyasına (FDA) ölkə daxilində istifadə etmək üçün “Moderna” şirkətinin dərmanını tövsiyə etmişdi.

Son xəbərlər

Orphus sistemi