ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdı

ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdı ABŞ-da işsizlik nisbəti aprel ayında rekord 14,7 faizə yüksəlib, bir ay ərzində 20,5 milyon insan işsiz qalıb.
Digər ölkələr
224
9 May , 2020 00:49
ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdı

ABŞ-da işsizlik nisbəti aprel ayında rekord 14,7 faizə yüksəlib, bir ay ərzində 20,5 milyon insan işsiz qalıb.

“Report”un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti Əmək Departamentinə istinadən xəbər verib. Qeyd olunub ki, bu, yarım əsr ərzində ən yüksək rəqəmdir.

Analitiklər hesab edir ki, ölkədə işsizlik səviyyəsinin azalması üçün bir ildən çox vaxt lazımdır.

Ölkə prezidenti Donald Trampın “iş yerlərinin hamısı geri qaytarılacaq və çox tezliklə geri qaytarılacaqlar” sözlərinə iqtisadi ekspertlər o qədər də müsbət yanaşmır. “Stifel”in baş iqtisadçısı Lindsey Piqza 2021-ci ildə işsizlik nisbətinin təxminən 10 faiz olacağını söyləyib.

Ani iqtisadi böhran milyonlarla amerikalını kömək üçün hökumətə müraciət etməyə məcbur edib. İş yerlərinin itirilməsi otel sənayesi ilə başlayıb. Belə ki, aprel ayında 7,7 milyon nəfər işsiz qalıb.

Daha sonra pərakəndə ticarət mərkəzlərində işləyən 2,1 milyon nəfərin, istehsalatdakı 1,3 milyon nəfərin əmək müqaviləsinə xitam verildi. Əmək Nazirliyi həqiqi işsizlik nisbətinin daha yüksək, 20 faiz ola biləcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi