ABŞ-da işsizlik səviyyəsi beş faizə enib

ABŞ-da işsizlik səviyyəsi beş faizə enib Ekspertlər hesab edir ki, bunun səbəbi daha az amerikalının iş axtarmasındadır. Minimum əmək haqqı problemi də qalmaqdadır.
Digər ölkələr
7 İyul , 2015 22:50
ABŞ-da işsizlik səviyyəsi beş faizə enib

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ-da iyun ayında da iş yerlərinin sayında artım qeydə alınıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, ötən ay ərzində ABŞ-da 223 min yeni iş yeri açılıb. Lakin ekspertlər hesab edir ki, bunun səbəbi daha az amerikalının iş axtarmasındadır.

Artıq 64 aydır amerika iqdisadiyyatının özəl sektorunda iş yerlərinin artımı qeydə alınıb ki, bu da yeni rekorddur. Bu müddət ərzində ölkədə ümumilikdə 12,8 milyon yeni iş yeri açılıb.

Minimum əmək haqqının aşağı olması probleminə baxmayaraq, prezident Barak Obama xatırladıb ki, o, 2009-cu ildə prezidentliyə başlayanda ölkədə işsizlik səviyyəsi 10 faiz olub və 12 milyon amerikalı işsiz olub.

ABŞ-ın Mərkəzi Bankı borc xərclərini azaltmaq və biznes sahələrinə investisiyasını artırmaq üçün 2008-ci ildən bu yana qısamüddətli faiz dərəcələrini 0-a yaxın səviyyədə saxlayıb. Mərkəzi Bankın sentyabrda keçiriləcək böyük iclasından öncə iş yerləri ilə bağlı daha iki hesabat dərc ediləcək.

Son xəbərlər

Orphus sistemi