ABŞ-da məsciddə atışma zamanı yaralanan imam ölüb - YENİLƏNİB

ABŞ-da məsciddə atışma zamanı yaralanan imam ölüb - YENİLƏNİB ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.
Digər ölkələr
3 yanvar 2024 23:46
ABŞ-da məsciddə atışma zamanı yaralanan imam ölüb - YENİLƏNİB

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində məscid qarşısında atışma nəticəsində yaralanan İmam Həsən Şərif dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə ABC televiziyası istintaqla tanış olan rəsmi şəxsə istinadən məlumat yayıb.

ABC telekanalı bundan əvvəl imamın (namaz rəhbəri və ruhani - red.) çoxsaylı güllə yaraları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Nyuarkın İctimai Təhlükəsizlik Xidmətinin direktorunun sözlərinə görə, məsciddə atışma yerli vaxtla saat 6:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində baş verib.

ABC-nin hüquq-mühafizə orqanlarındakı mənbəyinin sözlərinə görə, polis hücumçunun şəxsiyyətini müəyyən etmək üçün videomüşahidə görüntülərini nəzərdən keçirir.

03.01.2023.22:13

ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.

"Report"un ABC telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində “Məhəmməd” məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani - red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Atışmanın təfərrüatı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi