ABŞ-da ilk müsəlman konqresmen Demokratlar Partiyası sədrliyinə namizədliyini irəli sürüb

ABŞ-da ilk müsəlman konqresmen Demokratlar Partiyası sədrliyinə namizədliyini irəli sürüb O, 2006-cı ildə ABŞ-ın Minnesota ştatından konqresə üzv seçilib
Digər ölkələr
15 Noyabr , 2016 03:22
ABŞ-da ilk müsəlman konqresmen Demokratlar Partiyası sədrliyinə namizədliyini irəli sürüb

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ Konqresinin ilk müsəlman üzvü Keys Ellison Demokratlar Partiyası sədrliyinə namizədliyini rəsmi olaraq irəli sürüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bu haqda rəsmi yazılı açıqlama yayıb.

İnformasiyaya əsasən, o, 2006-cı ildə ABŞ-ın Minnesota ştatından konqresə üzv seçilib. O vaxtdan indiydək Keys Ellison "ilk müsəlman konqresmen" olaraq tanınır.

Qeyd edək ki, noyabrın 8-də keçirilən prezident seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klinton respublikaçıların nümayəndəsi Donald Trampda məğlub olub. Bu məğlubiyətdən sonra partiyanın dəyişikliklər edəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi