ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub

ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.
Digər ölkələr
26 İyun , 2019 06:35
ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub

San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının saytı məlumat yayıb.

"San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır", - deyə şuranın qərarında bildirilir.

Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.

San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.

Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib.

Son xəbərlər

Orphus sistemi