Yuxarı

ABŞ-da iki yüngül mühərrikli təyyarə toqquşub, ölənlər var

Hadisə nəticəsində pilotların 3-ü də həlak olub

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatında iki yüngül mühərrikli təyyarə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Eri dairəsinin şefinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 09:45-də, Nort-Kollins yaşayış məntəqəsinin səmasında baş verib. "Cessna 140" və "Piper Cherokee" təyyarələrinin havada üz-üzə gələrək toqquşması nəticəsində pilotların 3-ü də həlak olub.

Pilotların 15 ildir müntəzəm uçuşda olduğu bildirilir. Hamburq aerodromunun rəis müavini Larri Uolş qəzanın səma üzrə "boş sahədə" diqqətsizlik üzündən baş verdiyini deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi