ABŞ-da iki təyyarə toqquşub, ölənlər var - FOTO - VİDEO

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var - FOTO - VİDEO Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
18 İyul , 2018 04:03

Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Florida ştatında, Mayami yaxınlığındakı şəhərcikdə baş verib. Belə ki, beynəlxalq təlim aerodromundan səmaya qalxan iki təyyarə havada toqquşub və aerodromdan təxminən 15 kilometr kənarda yerə düşüb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfərin cəsədini aşkar edib. Cəsədlərin heyət üzvlərinə aid olduqları bildirilir. 

Son xəbərlər

Orphus sistemi