Bakı. 21 dekabr. REPORT.AZ/ Nyu-Yorkda naməlum silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, qaçaraq polis maşınına yaxınlaşan cinayətkar tapança ilə asayiş keşikçilərinə atəş açıb.
Daha sonra Bruklin rayonundaki metro stansiyalarından birinə daxil olan qatil intihar edib.
Həkimlərin bütün səylərinə baxmayaraq polis əməkdaşlarını xilas etmək mümkün olmayıb.
Cinayətin səbəbləri məlum deyil.