ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var Təyyarədə neçə nəfərin olduğu dəqiq bilinmir
Digər ölkələr
20 Fevral , 2021 11:02
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Ötən gün axşam ABŞ-ın Alabama ştatında “T-38” tipli səsdən sürətli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki hərbçi ölüb.

“Report” ABC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri açıqlama yayıb.

Bildirilib ki, Missisipi ştatında yerləşən Kolambus hava bazasına təhkim olunmuş təyyarə Montqomeri hava limanı yaxınlığındakı meşəlik əraziyə düşüb.

Təyyarədə neçə nəfərin olduğu dəqiq bilinmir.

Son xəbərlər

Orphus sistemi