ABŞ-da hərbi təyyarə qəzaya uğradı, ölənlər var

ABŞ-da hərbi təyyarə qəzaya uğradı, ölənlər var ABŞ-ın Alabama ştatında hərbi təyyarə qəzaya uğrayıb
Digər ölkələr
20 Fevral , 2021 07:15
ABŞ-da hərbi təyyarə qəzaya uğradı, ölənlər var

ABŞ-ın Alabama ştatında hərbi təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" yerli fövqəladə hallar üzrə agentliyin rəhbəri Kristina Torntona istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Montqomeri hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub.

Torntonun sözlərinə görə, qəzaya uğrayan iki nəfərlik T-38 təyyarəsidir. Hadisə yerinə Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının nümayəndələri və polis əməkdaşları gəlib.

Hava limanından WSFA telekanalına bildirilib ki, qəzanın baş verdiyi ərazidə yaşayış evləri də var. Lakin təyyarə hər hansı tikiliyə çırpılmayıb.

Təyyarə qonşu Missisipi ştatındakı aviabazada təlim uçuşu həyata keçirirmiş. Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.

Bu, ABŞ-da baş verən ikinci təyyarə qəzasıdır. Daha əvvəl Los-Anceles şəhərinin (Kaliforniya ştatı) limanında birmühərrikli təyyarə yük maşınının üstünə düşüb.

Son xəbərlər

Orphus sistemi